əlini ver! (salam ver!)

Let me shake your hand! / give me your paw! / give me five! дай лапу! (употребляется в сопровождении жеста протянутой руки в значении: «поздравляю!», «молодец!»)
əlini üzmək
əlinin altında
OBASTAN VİKİ
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Vadj- ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Vadj-ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. 2001-ci ildə yaradılmışdır. Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Payını ver
Payını ver (ing. Kick-Ass) — 2010-cu il ABŞ istehsalı superqəhrəman-komediya filmi. Filmin senarisi Marvel-in eyniadlı komiks kitabından götürülüb. Komiks həvəskarı olan Deyv Lizevskinin ağlından daima keçən sual budur: “Axı niyə heç kim komikslərdəki superqəhrəmanları nümunə götürüb küçələrə ədalət gətirmir” — və beləliklə, Deyvin elə özü ayağa qalxır, kostyumunu geyinir və hərəkətə keçir. kickass-themovie.com — Payını ver rəsmi saytı Payını ver — Internet Movie Database saytında.
Söz Ver (Göksel albomu)
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Qay Yuli Ver Maksimin
Qay Yuli Ver Maksimin (lat. Gaius Iulius Verus Maximinus), Roma tarixşünaslığında daha çox I Frakiyalı Maksimin (173, Trakiya – 10 may 238) — 235–238-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Frakiya kəndlisinin oğlu olmuş, orduda yüksək rütbələrə çatmışdı. 235-ci ildə əsgərlərin Roma imperatoru Aleksandr Severə (222–235) qarşı qiyamına başçılıq etmiş və imperator elan olunmuşdur. Germanlara, daklara və sarmatlara qarşı müvəffəqiyyətli müharibələr aparmışdı. Onun fiskal zülmünü gücləndirmək siyasəti əhalinin müxtəlif təbəqələrinin üsyanına səbəb olmuşdur. Öz əsgərləri tərəfindən öldürülmüşdür.
Ver Sözə Ehya ki... (1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Ver sözə ehya ki... (film, 1989)
Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. Live and Let Die — Internet Movie Database saytında.
Heydərbabaya salam
Heydərbabaya salam — məşhur Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı poema. Heydərbaba ildırımlar çaxanda Sellər,sular şaqıllayıb axanda Qızlar ona səf bağlayıb baxanda Salam olsun Şövkətüzə,elüzə Mənim də bir adım gəlsin dilüzə... Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınmışdır. Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Poema iki hissədən ibarətdir.
Hərbi salam
Hərbi salam — hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir — birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkəti. Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu. Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.
Salam Aydınbəyov
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951) Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır. Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir. 1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.
Salam Məmmədəliyev
Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru. Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında "qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib. 1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.
Salam Məryəm
Salam Məryəm ( lat. Ave Maria ) İsanın anası Məryəmə ünvanlanan ənənəvi xristian duasıdır. Dua Lukanın İncilində təsvir olunan iki bibliya epizoduna əsaslanır: Mələk Cəbrayılın Məryəmə ziyarəti ( Elan ) və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabetə sonrakı ziyarəti ( Ziyarət ). Salam Məryəm, Theotokos (Allahın Anası) olaraq qəbul edilən Məryəm üçün həmd və ona müraciətdir. 16-cı əsrdən bəri, Katolik Kilsəsində istifadə edilən dua versiyası onun şəfaəti üçün müraciətlə sonlanır. Duanın müxtəlif adət-ənənələrdə çeşidli versiyaları var və tez-tez musiqi olaraq bəstələnir. Latın kilsəsində Salam Məryəm Angelus və Rozari kimi digər duaların əsasını təşkil edir. Şərq Pravoslav Kilsələrinin məzmurunda Theotokion Allahın Anasına həmd etmək üçün həsr edilmişdir. Şərqi pravoslav kilsələri Theotokiondan başqa, həm yunanca, həm də tərcümələrdə tez-tez fərdi dua üçün Salam Məryəmə (Məryəmin şəfaəti üçün açıq tələb olmadan) olduqca oxşar bir duaya malikdirlər. Şərqi Katolik Kilsələri öz ənənələrinə əməl edirlər və ya Lüteranlar, Anqlikanlar, Müstəqil Katoliklər və Köhnə Katoliklər kimi tarixən Katolik Kilsəsi ilə əlaqəli bir çox digər Qərb qrupları tərəfindən də istifadə edilən Latın Kilsəsi versiyasını qəbul edirlər.
Salam Qədirzadə
Salam Qədirzadə (10 aprel 1923, Bakı – 15 noyabr 1987, Bakı) — Məşhur Azərbaycan yazıçısı, dramaturq.Azərbaycanın məşhur alimi, professor, tanımış ictimai xadim Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı. 1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.
Salam Salamzadə
Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı – 12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
Salam məscidi
Salam məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. XIX əsrdə inşa edilməsi qeyd olunur. Fatmayı kəndinin mərkəzindən keçən Cəlil Cavadov küçəsinin sol tərəfində yerləşir. Hazırda fəaliyyət göstərmir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Salam İsmayılov
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...